İsveçrə və Türkiyə yığmaları arasında Bakı Olimpiya Stadionunda keçirildi

Futbol üzrə Avropa çempionatının A qrupunda mübarizəyə yekun vurulub.

Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb və Türkiyə millisi Avropa çempionatı ilə xalsız vidalaşıb.

Bu qrupun digər oyununda isə 1/8 finala vəsiqəni ötən tur təmin etmiş İtaliya millisi Uels yığmasını sınağa çəkib. Romadakı “Olimpiko“ stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 39-cu dəqiqədə Matteo Pessina vurub. İsveçrə ilə xallar bərabər olsa da, daha az qol buraxan britaniyalılar pley-offa adlayıblar. İsveçrəlilər isə son turun digər oyunlarının nəticəsindən asılı olaraq, ən yaxşı qrup 3-cüsü kimi 1/8 finala yüksələ bilərlər.

Foto – Şükürzadə Vəli

This slideshow requires JavaScript.

Leave a Reply