Müstəqil fotojurnalist, Azərbaycan Fotoqrafları Birliyinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin operator sənəti ixtisasının  tələbəsi Əliverdibəyli Sadıq Haqverdi oğlu “35 awards” tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqədə iştirak edib. 2020-ci ilin dekabr ayından, 2021-ci ilin aprel ayına qədər davam edən fotomüsabiqədə S.Əliverdibəylinin çəkdiyi foto “Planetin mədəni yerləri (Cultural landmarks of the planet)” nominasiyası üzrə 12-ci pillədə qərarlaşıb. Müsabiqəyə ümumilikdə 115 ölkədən 5658 fotoqraf 15914 foto ilə qatılıb.

Leave a Reply