Aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.

Aprelin 19-da açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə federasiyanın yeni talismanları – zərif Ceyran və cəsur Tülkü ictimaiyyətə təqdim edilib.
Sonra iştirakçı ölkələrin dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, paytaxtımızın gimnastika növləri üzrə daha bir nüfuzlu yarışı qəbul etməsini ölkəmizdə idmana göstərilən diqqət və qayğının nümunəsi kimi dəyərləndirib. Bakının dünya gimnastikasının əsas mərkəzlərindən biri olduğunu qeyd edən nazir, Azərbaycanın idman uğurlarının artdığını və gimnastikanın ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aprelin 20-də Qrup hərəkətləri üzrə Azərbaycan komandası bədii gimnastika üzrə çoxnövçülük üzrə Dünya Kubokunda bürünc medal qazanıb.

Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Daria Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovanın daxil olduğu Azərbaycan komandası 69.050 xalla (iki proqram üzrə ümümi xal – beş halqa ilə, həmçinin üç lent və və iki topla) üçüncü yeri tutub.

Çoxnövçülükdə birinci yeri İspaniya komandası (70,450 xal), İtaliya komandası ikinci yerdə (70,150 xal) qərarlaşıb.

Fotoqraf: Nadejda Cavad

Leave a Reply