Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fotosərgi Türkiyə Cümhuriyyəti Naxçıvan Baş Konsulluğu, “Şərq qapısı” qəzeti və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunub. Sərgidə   “Şərq qapısı” qəzetinin fotoqrafları –Əli Xudiyev, Əsəd Səfərov və Zülfüqar Qurbanlının Naxçıvanı tərənnüm edən fotoları yer alıb.

Sərgidən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızı,

Sərgiyə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı daxil olmaqla Naxçıvandan 14 nəfərlik nümayəndə heyəti qatılıb. Sərgidə İğdır valisi, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu, hökumət və media nümayəndələri iştirak edib.

Sərgi böyük maraqla qarşılanıb. Naxçıvanlı həmkarlarımıza uğurlar arzulayırıq.

Leave a Reply