22 iyul – Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) Aparatında tədbir keçirilib.
Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki iştirakçıların diqqətinə çatdırılıb. Mərasimdə DSX-nin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən fəaliyyətlər barədə ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, sərhədçi peşəsinin təbliği sahəsində Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığın xüsusi rolu vurğulanıb.Tədbirin sonunda Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasən, mətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə bir qrup KİV nümayəndəsi medal və Fəxri Fərmanlarla təltif edilib.
Tədbirdə Azərbaycan Foqraflar Birliyinin idarə heyətinin üzvü Vüqar İbadov “Hərbi əməkdaşlıq xidmətinə görə” medalı ilə təltif edilmişdir.

Leave a Reply