“Poliqon” (əvvəlki adı “Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru olmuş hərbi jurnalist Rəşad Süleymanovun adının əbədiləşdirilməsi və Azərbaycanda hərbi sahə üzrə fəaliyyət göstərən jurnalistlərin əməyinin qiymətləndirilməsi üçün “POLIQON JURNALI” MMC tərəfindən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə mükafat ilk dəfə Milli Mətbuat Günü ərəfəsində, iyulun 18-də Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə televiziya, online xəbər saytları, qəzet və informasiya agentliklərində hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim olunub.
Daha sonra qalib olan jurnalistlərə və onlayın media orqanına “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təqdim edilib.
“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına layiq görülüb:
“Ordu.az” hərbi yönümlü onlayn media orqanı
Hərbi jurnalist Anar Şuşalı
Real TV-nin əməkdaşı İlqar Mikayıloğlu
Baku TV-nin əməkdaşı Fərdin İsazadə
“Yeni Çağ” Media Qrupunun əməkdaşı Səxavət Məmməd
ARB Media Qrupunun əməkdaşı Rasim Salehli
CBC telekanalının xüsusi müxbiri Elmira Musazadə
AzTV-nin əməkdaşı Vüsal Qaraca
İctimai TV-nin Qarabağ bölgəsi üzrə müxbiri, hərbi jurnalist Şöhrət Eyvazov
“Report” İnformasiya Agentliyinin redaktoru İsmayıl Nəsibli
Bakı Media Mərkəzinin fotoqrafı həmçinin AFB-nin idarə heyətinin üzvü Vüqar İbadov
Real TV-nin operatoru Azər Qarayev

Leave a Reply