19 avqust “Dünya Fotoqrafiya Günü” münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə “İçərişəhərin həyatı” adlı foto müsabiqəyə start verilmişdir.

Qeyd edək ki, müsabiqənin yekun foto qəbulu 10 sentyabr tarixinədək idi. Müsabiqədə 52 fotoqraf iştirak edib, fotoların 24-ü mobiloqrafiya, 28-i fotokamera ilə çəkilən fotolardı. Beləliklə yekun foları “İçərişəhər Muzey Mərkəzi” əməkdaşı Nərgiz Əsgərova tərəfindən kodlaşdıraraq münsiflər heyətinə təqdim edib.
18 sentyabr Fotoqrafiya evində baş tütmüş görüşdə 5 münsiflər heyəti; Azərbaycanın tanınmış foqrafı, İçərişəhər sakini Rafik Bağırov, AFB-idarə heyətinin üzvü Aydın Mehdiyev, AFB-nin təftiş komissiyasının sədri Fərqanə Qasımlı, fotoqraf Rüstəm Hüseynov, bloger Fərqanə Quluzadə, Müşahidəçilər; “İçərişəhər Muzey Mərkəzi” əməkdaşı Fidan Seydova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Səbinə Atayeva, AFB-nin İdarə heyətinin sədr vəzifəsini icra edən Amira Süleyman iştirak etmişdilər.
Nəzərinizə çatdıraq ki, müsabiqə 10 ballıq qiymətləndirmə sistemi ilə keçirilib. Qısa bir zamanda qaliblərimiz Fotoqrafiya evində keçirilən tədbir və sərgi əsnasında elan ediləcək.

Leave a Reply