Fevralın 16-18-də paytaxtımızda cüdo üzrə “Böyük dəbilqə” turniri keçirildi.

Yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) qızıl, Camal Qamzatxanov (+100 kq) gümüş, Vüqar Talıbov (90 kq) isə bürünc medal əldə edib.

Daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc mükafat qazanıblar.

Səkkiz mükafat qazanan Azərbaycan milli komandamız medal sıralamasında birinci olub.

Fotoqraf: Nadejda Cavad

Leave a Reply