Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri və ümumi təhsil müəssisələri üzrə nümayəndələri üçün fotoqrafiya sənətinin ilkin səviyyədə əsasları, fototexnikanın sirləri və fotoqrafıyanın əsası olan işıq texnikası haqqında 20 fevral 2024-cü il tarixində master-klass keçirilib.

Azərbaycan Fotoqrafları Birliyinin yaradıcısı Mirnaibli Həsənov və Azərbaycan Fotoqrafları Birliyinin üzvü Rüfət Yaqubov görüş zamanı praktik nümunələrlə uşaqların suallarını cavablandırıb, fotoqrafiya sənətinin sirləri barədə məlumat verib.

Leave a Reply