Fevral ayının 16-da “ Rus evində” Azərbaycan  Fotoqrafları Birliyinin idarə heyyətinin üzvü Aydın Mehdiyevin  “Sehirli Ordubad “ fotosərgisinin açılışı olmuşdur.

Sərginin açılışında  “Rus evi”nin müdür müavini Dmitriy Yeqorov , həmin təşkilatın fotoklubunun kuratoru Vsevolod Tsurikov , Azərbaycan Respublikasının Elmlər Akademiyasının vitse prezidenti akademik Arif Həşimov və sərginin müəllif çıxış etmişdirlər.

Sərgidə Ordubadın tarixi abidələrini , maqnetik və əsrarəngiz təbiətini əks etdirən 25 foto təqdim olunmuşdur.

Ordubad gözəl təbiəti , heyrətamiz gözəlliyi ilə insanları heyran edən qədim torpağdır . Ordubad rayonu rəngarəng təbiəti , iqlimi , tarixi memarlıq abidələri və sakinlərinin mehribanlığı,qonaqpərvərliyi ilə tanılır .

Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyev Ordubadı “Azərbaycan torpağının incisi” adlandırmışdır .Ordubad öz bağlarının , şəlalərinin və dağ göllərinin bənzərsiz gözəlliyinə ilə məşhurdur .

Ordubadın şöhrətini , möhtəşəm meyvə bağlarını , gözəl memarlıq abidələrini öz əməyilə zəhmətkeş insanları ,  istedadlı və  savadlı ziyalıları ,

Aydın Mehdiyevin fotosərgisi Ordubadın təbiətini , tarixi memarlıq abidələrini , dağ çayları və göllərini bizə göstərir .

Hər daşının , kərpicin hekayət olduğu Ordubadın qədim tikililəri , hamamları , məsçidləri , tarixi abidələri keçmişdən bizə yadıgar ,nağıldır . Bu abidələr canlı tarix dərsliyinin ,  şəhərin tarixinin səhifələri kimi  bura gələn səyyahları və qonaqları valeh edir.

Leave a Reply