Türk millətininin tarixinə öz canları və qanları bahasına  şərəfli bir səhifə yazan Qafqaz İslam Ordusunun  ermənilər tərəfindən azəri türklərinə yönələn soyqırımı dayandırmaq  üçün apardıqları savaşdakı şücaəti uzun müddət tarixin gizli qalmış səhifəsi olub.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində  Azərbaycan Fotoqrafları Birliyi bu tarixi faktın yüz illik tarixinə geri dönmək və Qafqaz İslam ordusunun döyüş yolunu  keçmək qərarına gəlmişdir.

AFB bu ilin may-iyul aylarında Azərbaycan ərazisində  Qafqaz İslam Ordusunun  döyüş yolunu və  bu ərazilərdə  olan Şəhid məzarlıqlarını ziyarət etməyi qərarlaşdırmışdır. Əsas məqsəd  hər bir Türk Şəhid məzarını ziyarət etməklə kifayətlənməyib, şəhidlərin qanı bahasına azad olunmuş kəndlərin, oranın təbiətinin, insanlarının və ən başlıcası şəhid məzarlarının fotolarını çəkməkdir.

Azərbaycan Fotoqrafları Birliyi  təşkil etdiyi bu fotoyürüşlə Azərbaycan regionlarından  Qobustan və Şamaxı rayonları ərazisinə olan türk şəhidliklərinin ziyarətinə start verdi. Mayın 9-da  AFB və  Mirzə Ələkbər Sabir Fondu ilə birlikdə fotoyürüşə başlanıldı. Fotoyürüşdə həmçinin digər  ictimai birliklərin –  “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin,  “Mina Qurbanları Sosial İqtisadi  Problemlərinin həllinə Kömək “ İctimai Birliyinin, “Vətəndaşların Rifahı Naminə” İctimai Birliyinin, Mədəni İnkişaf Mərkəzi” İctimai Biriliyinin, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”nın rəhbərləri  da  iştirak etdilər.Çəkilmiş foto materiallar əsasında   bu ilin sentyabr ayının 15-də –  Bakının ermənilər tərəfindən aparılan  soyqırıma son verilən  tarixi gündə fotosərgi keçirtmək planlaşdırılır.

Leave a Reply