Azərbaycan Fotoqrafları Birliyi  20 illik fəaliyyəti ilə əlaqədar olaraq 2018-ci ildə 14-16 may tarixində keçirəcəyi “Beynəlxalq Foto günləri-2018” tədbirində 3×50 konseptində tamaşaçılara foto sərgilər təqdim olunacaq.3×50 konseptində  3 sərgidə  hər birində 50 foto sərgilənəcək. Beynəlxalq Foto günlərində qalib gəlmiş xarici fotoqrafların, Azərbaycan fotoqraflarının ilk turu keçmiş fotoları , FİAP-ın və Azərbaycan salonun qızıl mükafatını qazanmış Mehmet Gökyiğidin və Gürcüstan fotoqraflarının əsərləri nümayiş olunacaq, seminar və görüşlər təşkil ediləcək. Xarici fotoqraflar üçün Azərbaycanın tarixi məkanlarına və təbiətinə foto gəzinti nəzərdə tutulub.

Xarici qonaqlar sırasında Gürcüstan Fotoqraflar Assosasiyasının prezidenti (12 fotoqrafla), Foder Fotoqraflar Dərnəyinin sədri, İzmir Foto Dərnəyinin sədr müavini təşrif buyuracaqlar.

Azərbaycanın ilk dəfə iştirak etdiyi Beynəlxalq fotomüsabiqə FİAP-ın patronajlığı ilə «CAUCASUS – CARPATHIANS CIRCUIT – 2017» (GEORGIA-UKRAINE-AZERBAIJAN)  Azərbaycan Fotoqrafları Birliyi, Gürcüstan Fotoqraflar Assosasiyası, Zakarpatye fotoqrafiya sənəti assosasiyası tərəfindən keçirilib.

 Beynəlxalq  fotomüsabiqədə 57 ölkədən fotoqraflar iştirak etmişdir.383 fotoqraf 5306 foto təqdim etmişdir. 3 salon və FİAP-ın 158 fotoqraf mükafatlara layiq görülmüşdür.  Qalibləri  9 beynəlxalq dərəcəli münsiflər   qiymətləndirmiş,  4 nominasiya üzrə 52 mükafatı “Salon of Art Photo – Azerbaijan-2017” tərəfindən 27 ölkənin fotoqrafları, o cümlədən Azərbaycanlı müəllifdə layiq görülmüşdür.

 

14 may 2018-ci ildə saat 16.30-da 1969 Qalereyasında ( Üzeyir Hacıbəyli 69) “ART salon-                   Azerbaijan-2017” beynəlxalq mükafatların rəsmi təqdimatı  və qalib fotoları  nümayişi,

15 may 2018-ci ildə saat 18.00-da beynəlxalq mükafatların rəsmi təqdimatı və

Azərbaycan Gürcüstan Fotoqraflarının gözü ilə “Mən Azərbaycanı sevdim”  fotosərgisi  

açılacaq , “Nur Art House” qalereyasında(İçəri şəhər, Qəsr küçəsi 27)

16 may 2018-ci ildə saat 17.30-da Beynəlxalq mükafatların rəsmi təqdimatı və Mehmet

Gökyiğidin “ Kuzey Kıprıs-Akdeniz İncisi”  adlı  fərdi  fotosərgisi təqdim olunacaq.

Landmark Rotunda( Nizami küçəsi 90)

 “Beynəlxal Foto günləri-2018” tədbiri Azərbaycan Mədəniyyət Nazirliyi, Art Faktor şirkəti,Kuzey Kıprız Türk Cumhuriyyəti Bakı Təmsilçiliyi, Nur Art House qalereyası, 1969 Qalereyası və Landmark Rotun dəstəyi ilə keçirilir.

Leave a Reply