Azərbaycan Fotoqrafları Birliyi 20 illik fəaliyyəti ilə əlaqədar olaraq 2018-ci ildə 14-16 may tarixində keçirəcəyi “Beynəlxalq Foto günləri-2018” tədbirində 3×50 konseptində tamaşaçılara foto sərgilər təqdim olunacaq.

16 may 2018-ci il saat 14-00-da Gürcüstan Fotoqraflar Assosasiyasının fotoqraflarının, Türkiyənin İzmir şəhərindən gəlmiş Erdal Türkoğlunun,İranın Təbriz şəhərindən gəlmiş fotoqraf Paşa Hadianın təqdimatları olacaq. Ünvan: 28 may küçəsi 9/13 Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində.

17 may 2018-ci il saat 15-00-da Kuzey Kıprız Türk Cumhuriyyətindən fotoqraf Mehmet Gökyiğidin təqdimatı olacaq. Ünvan: Landmark Rotun ( Nizami küçəsi 90)

Təqdimatlar zamanı yaranan suallar cavablandırılacaq ,fikir mübadiləsi aparılacaq. Təqdimata giriş sərbəstdir. əlaqə tel.070 2124719

Leave a Reply