6 iyun 2017-ci ildən Ufada növbəti XXVII Beynəlxalq “Başqırtstan.Təbiət.  İnsan. Mədəniyyət -2017” foto aksiyası keçirilir. Bu tədbirdə xarici ölkələrlə bərabər Rusiyanın müxtəlif əyalətlərindən yüksək dərəcəli fotorəssamlar iştirak edir.

Bu il Başqırdstan sərgi salonlarında, o cümlədən Başqırdstan Respublikası Milli müzeyində də Bu Andrey Baskakovur “Fotolarda həyat” ( Birinci Rusiya Foto Rəssamları İttifaqının sədri olmuş)   adlı sərgisi açılmış, onun ardınca Meksikada keçirilmiş Folkloriada-2017-də  Başqırdstan incəsənət ustalarının yaradıcılığını əks etdirən fotolar nümayiş olmuşdur.

“Ətraf aləmimiz” fotosərgisində bu il Azərbaycan foto ustalarının qrup və  AFB-nin bədii işlər üzrə sədr müavini Rauf Umudun fərdi foto sərgisi tamaşaçılara təqdim olmuşdur. Açılışda Başqırdstan Mədəniyyt nazirinin müavini Ranis Altınbayev, Xalq yaradıcılıq mərkəzinin baş direktoru Artur Alibekov, Çelyabinski Dövlət muzeyinin baş direktoru, Rusiya Foto Rəssamları İttifaqının katibi  Bladimir Baqdanovski, Rusiya Foto Rəssamları İttifaqının katibi, Başqırdstan Xalq rəssamı Ramil Kilmamadov və Azərbaycan Milli-Mədəni mərkəzinin prizidenti Qabil Məmmədov sərgi haqqında ətraflı çıxış etmişlər.

Sərgidə  Aleksandr Mişon, A.Ulskinin, H.Hüseynzadə, Hacı Akif Ağayevin, Ş.Eyvazovun, F.Əşrəfoğlu, Asim Talıb, Rafiq Nağıyev, Oleq Litvin, Kamal Babayev, Çahangir İbadov, Yaşar Xəlilovun 160 illik tarixi olan foto  əsərləri böyük marağa səbəb oldu. Sərgi 12 iyun tarixinə qədər nümayiş olunacaqdır. Ufada keşirilən fotosərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə baş tutub.

7 iyundan 11-nə kimi aksiyada iştirak edən fotoqraflar Başqırdstanın müxtəlif bölgələrini gəzərək buranın təbiətini , insanlarını və mədəniyyəti ilə tanış olacaqlar.

 

Leave a Reply