Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi “Açıq Qapı” günü tədbiri11 iyun 2017-ci ildə saat 13:00-da Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Formunun mənzil qərargahında təşkil olundu. Toplantını AFB-nin  sədri Mirnaib Həsənoğlu açdı. İlk olaraq ağır xəstəlikdən sonra dünyasını dəyişmiş fotoqraf T.Əfəndiyevin xatirəsi yad olundu. Daha sonra ağır yol qəzasında yaralanmış həmkarımız Azər Həmzəyevin səhəti ilə əlaqədar məlumat bildirildi. İştirakçılar Azərin tezliklə sağalması üçün arzu, dualarını bildirdilər. Bir daha yardım etmək istəyənlərə bank nömrəsi xatırlandı

May ayı üçün nəzərdə tutulmuş “Parallelər” adlı aylıq fotomüsabiqəyə yekun vuruldu. Qeyd etmək lazımdır ki, bu ay üçün nəzərdə tutulan müsabiqənin müəllifi və kordinatoru Günel Məmmədova idi.

Müsabiqə haqda ilk öncə məlumat verildi. Belə ki, ümumilik də müsabiqəyə 11 nəfər həvəskar və peşəkar fotoqraf 35 foto ilə qatılmışdır. 17 foto müsabiqə şərtlərinə zidd olduğu üçün qəbul edilməmişdir. Şərtlərə görə fotolar son 1 il ərzində çəkilməli, aylıq mövzuya və qeyd olunan texniki parametrlərə uyğun gəlməli idi. Bu səbəbdən də müsabiqəyə cəmi 18 foto qəbul edildi. Fotolar gizli  səsvermə yolu ilə seçildi. Səs çoxluğu ilə “Parallelər” aylıq foto müsabiqəsinin qalibləri Aleksandr Firstov, Rəhimə Rüstəmli və Ağa Sədrili oldu. Ümumi iştirakçılar tərəfindən müzakirə edilərək seçilən fotoların müəllifləri diplomla təltif olundular. Müsabiqənin kordinatorluğuna görə Günel Məmmədovaya sertifikat təqdim olundu.

Başqa müsabiqələrin qaliblərinə sertifikatlar təqdim olundu.

Yay ayı üçün müsabiqə mövzusu müzakirə olundu.

Gürcüstan Foto günləri haqda məlumat verildi. Sentyabr oktyabr aylarında Gürcüstanda təşkil olunacaq foto sərgi və foto tur haqda məlumat verildi.

 

Leave a Reply