Təsviri Sənət Həftəsinin keçirilməsinə aid
Təqvim planı:
(24 mart – 30 mart 2017 il)
24 mart saat 14.00-da V.Səmədova adına sərgi salonunda kütləvi – informasiya vasitələrinin iştirakı ilə Konfrans keçirəcək.
24 mart saat 15.00-da “Soltan Məhəmməd” mükafatına iddiaçı rəssamların əsərlərindən ibarət sərgi-müsabiqə açılacaqdır.
25 mart saat 12.00-da İçəri Şəhərdə Ə.Əzimzadə bağında “Uşaqların ən yaxşı rəsmi” adlı müsabiqə keçiriləcəkdir.
26 mart saat 12.00-da Azərbaycan Rəssamlar İttifaqının kolleksiyasından Azərbaycan rəssamların əsərlərinin güzəştli satışı olacaqdır.
27 mart saat 12.00-da qüsurlu uşaqların əsərlərindən hərrac –satış keçiriləcək. Bu satışdan əldə edilən vəsait Uşaq Evlərinə təmənnasız olaraq təqdim olunacaq. Hərrac V.Səmədova adına Sərgi Salonunda keçiriləcəkdir.
28 mart saat 14.00-da Buzovna qəsəbəsindəki 4 saylı İncəsənət Məktəbində “Ustad dərsi” tədbiri olacaq.
29 mart Bilgəh, Mərdəkan və Buzovna qəsəbələrindəki “Uşaq Evləri” və “Qocalar Evlərinə” ziyarəti və onlara hədiyyələrin təqdim edilməsi planlaşdırılıb.
29 mart saat 16.00-da C.Naxçıvanski adına Hərbi Liseydə Qarabaq döyüşlərinin iştirakçısı olan, müharibə veteranı, rəssam İntiqam Ağayevin fərdi sərgisi açılacaqdır.
30 mart saat 18.00-da “Bahar sərgisi” adlı sərginin açılışı planlaşdırılıb. Sərgi V.Səmədova adına sərgi salonunda keçiriləcəkdir və “Təsviri Sənət Həftəsi”nin rəsmi bağlanışı olacaqdır.
Ünvan: Azərbaycan Rəssamlar İttifaqı
Xaqani küçəsi, 43
Əlaqə tel: 4936230
Təşkilat komitəsi.

Leave a Reply