Beynəlxalq Turizm gününə həsr edilmiş foto müsabiqə!

Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən “Sabunçuya səyahət et!” adlı foto müsabiqədə Sabunçu rayonunun maraq doğuracaq məkanlarını əks etdirən fotoşəkillər iştirak haqqı qazanacaq.
Qaydalar:
✔ Hər iştirakçı sadəcə 1 fotoşəkillə müsabiqədə iştirak edə bilər.
✔ Fotoşəkil Sabunçu rayonuna aid olmalıdır.

Müsabiqədə iştirak etmək istəyənlər ad, soyad, əlaqə nömrəsi və müsabiqə üçün çəkilən fotoşəkli office@sge.az e-mail adresinə əlavə etməlidir. Müraciət üçün son tarix – 23 sentyabr.

Müsabiqədə birinci, ikinci və üçüncü yerlər üzrə qaliblər peşəkar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Mükafatlandırma mərasimi 27 sentyabr- Beynəlxalq Turizm günündə saat 15:00-da Sabunçu Gənclər Evində keçiriləcək.

 

Leave a Reply