Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşəbbüsü ilə təşkil olunmuş “Nardan doğan rənglər” adı altında foto müsabiqəsinə sən də qoşul!

Müsabiqədə iştirak etmək üçün yalnız bir ay ərzində (15- Sentyabr : 15-Oktyabr )  məhz sənin “Nar dünya“nı əks etdirən çəkdiyin foto şəkili bizim info@pomegranate.az elektron ünvana göndər.

Peşəkar münsiflər heyyəti tərəfindən 10-mükəmməl foto şəkil seçilərək, müsabiqədə iştirak etmək hüququ qazanacaq.

Mükafat fondu 20001000 , və 500 manat olan 10 foto şəkil ilk 3 yer uğrunda mübarizə aparacaq.

Qaliblər ANİİA-nın rəsmi  instagram səhifəsində https://www.instagram.com/aniia.official/ izləyicilər tərəfindən səs vermə yolu ilə  (LİKE*) müəyyən ediləcəkdir.

Sponsor : XXI-ci əsr

Təşkilatı dəstək: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo)

Texniki dəstək : Azərbaycan Fotoqraflar Birliyi (AFB)

Müsabiqədə iştirak etmək üçün şərtlər:

  1. Foto göndəriləcək ünvan info@pomegranate.az
  2. Ad və Soyadınız əlaqə nömrəniz
  3. Foto məhz sizə məxsus olmalı və sizin tərəfinizdən cəkilməlidir. ( Format JPG)

4.Təqdim olunan fotolar gələcəkdə ANİİA-nın məlumat kataloqunda eyni zamanda ­müxtəlif sayt və sosial şəbəkələrdə istifadə oluna bilər.

Çəkdiyiniz fotoları elektron ünvana göndərən zaman Ad,Soyad və əlaqə nömrənizi qeyd etməyi unutmayın.

Qaliblərin mükafatlandırılma mərasimi Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən müsabiqədə iştirak etmiş fotolar əsasında keçiriləcək sərgi zamanı təqdim olunacaq.

Əlavə sualınız yaranarsa əlaqə nömrəmiz.  +994 50 711 70 77
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası müsabiqədə iştirak edəcək hər bir iştirakçıya uğurlar arzu edir!

Leave a Reply