22 Oktyabr 2022 tarixində, Portuqaliyanın Matosinhos şəhərində, Matosinhos Bələdiyyəsinin dəstəyi ilə Keçmişdən Gələcəyə – Matosinhos Assosiasiyası (AMPF) tərəfindən keçirilən IV Fotoqrafiya Biennalı Müsabiqəsinin mükafatlandırma mərasimi və 25 final işlərdən ibarət sərginin açılışı baş tutdu.

Bu ilki mövzusu “Qadın və Cəmiyyət” olan müsabiqəyə Portuqaliyanın demək olar bütün bölgələrindən, o cümlədən Braziliya, Fransa, Meksika, Banqladeş, Kolumbiya, Kuba, Hindistan, Myanmar və digər ölkələrdən ümumilikdə 147 fotoqraf 525 fotoşəkil təqdim etmişdir.

Matosinhos Constantino Nery Bələdiyyə Teatrında keçirilən tədbiri AMPF-nin təmsilçisi və müsabiqənin ilk məsul şəxsi Fernando İgreyas açaraq, daha sonra çıxış üçün sözü AMPF-nin prezidenti Yorj Qonzaleza vermişdir. Açılış mərasimində həmçinin Bələdiyyənnin Mədəniyyət işləri üzrə müşaviri Fernando Roşa çıxış etmişdir.

Çıxışlar sonra səhnədə ilk öncə finala çıxmış 20 iş göstərilmiş və onların müəlliflərinə Fəxri ad, daha sonra digər 5 işlərə Gənclik mükafatı, Matosinhos mükafatı və sonda ilk 3 yerin mükafatları təqdim olunmuşdur. Nəticələrə görə 2-ci yerə Azərbaycandan Nurlan Tahirlinin işi seçilmişdir. Xüsusi qonaq kimi təqdim olunan fotoqraf səhnəyə dəvət olunmuş və mükafatları təqdim edilmişdir. Tədbirdə çıxış edən Nurlan Tahirli Matosinhos Assosisayasına qadınların cəmiyyətdəki rolunun əhəmiyyətindən bəhs etmiş, seçilmiş bu mövzu vasitəsilə onlara ayrılan diqqət üçün, həmçinin gözəl təşkil olunan bu tədbirə görə Assosiasiaya təşəkkürünü bildirmişdir.

3-cü və 1-ci yerlərin sahibi Portuqaliyadan Karlos Teyşeyra və Jose Pedro Martins olmuşdur. Tədbir sonrası sərgi rəsmi olaraq açıq elan olunmuş, xatirə şəkilləri çəkilmişdir.

Sərgi Constantino Nery teatrında 27 Noyabr 2022-ci il tarixinədək açıq olacaqdır.

Xəbərdəki fotoların müəllifləri (əlifba sırası ilə): “AMPF”, Andreia Reigoto, Jose Pedro Martins, Nurlan Tahirli

Leave a Reply