11 aprel 2019-cu il Ostrava Universitetinin, Bakı Slavyan Universitetinin və Azərbaycanın Çexiyadaki səfirliyinin birgə təşkil etdiyi Azərbaycan mədəniyyətinə dair sərgi vernisajı keçirilmişdir. Tədbirdə Azərbaycanın qədim, orta əsrlər və müasir dövrlərə aid memarlıq komplekslərini, eləcə də Azərbaycanın təbiətini əsk etdirən 29 ədəd fotoşəkil sərgilənmişdir.

Azərbaycan         Fotoqraflar Birliyinin üzvləri Mirnaib Həsənoğlunun, Əminə Mirlinin, Fərqanə Qasımlının, Rauf Umudovun, Fətəli Fətəliyevin və İsmayıl Kərimovun çəkdikləri və sərgi üçün təqdim etdikləri bu fotoşəkillərdə əsasən Azərbaycanda olan qədim alban kilsə və manastır komplekslərinindən Xudavənd, Kiş, Pəri qalası kompleksləri, orta əsrlərə, Şirvanşahlar dövrünə aid saray kompleksləri, Azərbaycanın UNESCO-nun mədəni irsi siyahısına daxil edilmiş “Qız qalası” kompleksi, polyak əsilli memarlar İosif Qoslavskinin, Kazimir Skureviç, İosif Ploşkonun Bakida inşa etdikəri barokko və qotika üslublu binalar, Azərbaycanda keçirilən Avroviziya, İlk Avropa Oyunlarının və İslam Oyunlarının keçirildiyi idman-konsert kompleksləri nümayiş etdirilmişdir. Bunlarla yanaşı burada turistlər üçün atraktiv sayılan palçıq vulkanlarına, Naxçıvanda yerləşən “İlandağ”ına və “Duzdağ”ı fizioterapiya mərkəzinə dair fotoşəkillər yer almışdır. Sərginin məqsədi Azərbaycan xalqının qədim tarixə və mədəniyyətə malik olduğunu, müxtəlif dini konfessiyalara aid ibadətgahların hazırda da fəaliyyət göstərdiyini, Şərqə və Qərbə aid oyunların və yarışmaların ölkəmizdə keçirildiyini, bununla da Azərbaycan xalqının multikultural dəyərlərə qədimdən bugünədək sevgi və sayqı duyduğunu iştirakçılara çatdırmaq idi.

Sərgini açıq elan edən Ostrava Universitetinin Fəlsəfə fakültəsinin nümayəndəsi Nela Parmova Azərbaycanın tarixi və mədəniyyətindən danışaraq kəşf olunacaq bir sıra gözəlliklərin mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra Azərbaycan Respublikasının Praqadaki səfirinin köməkçisi Eldar Vəliyevə və Bakı Slavyan Universitetinin Çex Dili və Mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərova söz verilərək, onların Çexiya və Azərbaycan əlaqələrinin, eləcə də Ostrava Universitetinin Bakı Slavyan Universiteti ilə əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə dair fikirləri dinlənildi.

Daha sonra qonaqlara Heydər Əliyev fondunun hazırladığı “Land of Fires” (“Odlar Yurdu”) adlı qısa video nümayiş etdirildi, Azərbaycanın bayrağı və rəqsləri barədə məlumat verildi, sərgi iştirakçıları ilə birgə “Yallı” rəqsi oynanıldı.

Qeyd edək ki, sərgilənən şəkillər üç həftə ərzində Ostrava Universitetinin Fəlsəfə fakültəsində təşkil olunmuş qalereyada tələbə, professor-müəllim heyyətinin marifləndirilməsi sərgilənəcəkdir.

Bakı Slavyan Universitetinin Çex dili və mədəniyyəti mərkəzinin müdiri  Qəmbər Qəmbərov  sərginin təşkilatcılarından olaraq Bakı Slavyan Universitetinin və Azərbaycan Fotoqrafları Birliyinin uğurlu əməkdaşlıqını qeyd etmişdir.  Bu sərginin təşkilində AFB-nin üzvlərinə minətdarlıqıni bildirmişdir.

 

Leave a Reply