STEP IT Academy-də “Rəqəmsal foto” kursunun ilk buraxılışının işləri təntənə ilə təqdim olundu.

Məzunlar seçdikləri mövzularda öz işlərini təqdim etdilər.

Akademiyanın təmsilçilərindən yanaşı tədbirdə Azərbaycan Fotoqrafları Birliyinin təmsilçiləri, həvəskar və peşəkar fotoqraflar iştirak etmişdilər.

Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu tədbirin bağlanışında nitq ilə çıxış etdi. Sədr bildirdi ki 1984-cü ildə ilk dəfə Bakı fotoqraflarının dərnəyi yarananda dərnəy üzvlərinin tələbləri  müasir fotoqrafları düşündürən məsələlər ilə çox oxşar olub: fotoqrafiyanı incəsənətin bir növü hesab etmək, fotoqrafların təhsil səviyyəsini artırıb tədris məkəzləri yaratmaq.

М. Həsənoğlu qeyd etdi ki, “Bu gün ölkədə fotoqrafiya məktəbləri var, lakin onlar acınacaqlı vəziyyətdədir. Bunun üçün mən çox sevinirəm ki Akademiya yüksək səviyyəli kurs təşkil edib. Kursun 3 ay davam etməsinə baxmayaraq, o tələbələrə bu incəsənət növündə istiqamət verməyə qadirdir”.

Sədr tələbələrə müraciət edərək onları düzgün edilmiş seçim ilə təbrik etdi.

Mirnaib Həsənoğlu: “Digərlərindən fərqli olaraq siz vaxtınızı boş yerə xərcləməmisiniz. Siz fotoqrafiya vasitəsi ilə dünyaya baxışınızı dəyişmisiniz” deyərək vurğuladı.

Çıxışını tamamlayaraq Mirnaib Həsənoğlu akademiyaya dünyanın müxtəlif ölkələrindən fotoqrafların işlərini özündə toplayan unikal fotolayihənin fotoalbomunu, həmçinin Azərbaycan fotoqrafiyasının korifeyi olan Akif Ağayevin fotolarından ibarət kataloqu hədiyyə etdi.

Qeyd edək ki STEP IT Academy üç baza ixtisas üzrə peşə təhsili təklif edir:

  • Kompüter qrafikası və dizayn
  • Proqramlaşdırma
  • Şəbəkələr və kibertəhlükəsizlik

Kompüter akademiyasında təhsil müddəti 2,5 il nəzərdə tutulub. Tələbələr təhsilini bitirdikdə bu akademiyanın beynəlxalq diplomunu, həmçinin partnyor-şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını alırlar.

STEP IT Academy-də 15 yaşdan 55 yaşadək olan şəxslər təhsil ala bilərlər. Bundan əlavə, STEP IT Academy çərçivəsində böyüyən nəsil (9-14 yaş) üçün kiçik kompüter akademiyası fəaliyyət göstərir.

Qeyd edək ki, STEP IT Academy Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 18 ölkəsində 66 filiala malikdir. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə işləyirlər.

Leave a Reply