«IRS» jurnalı və Azərbaycan Fotoqrafları Birliyi “Bu, mənim Vətənimdir!” adlı foto  müsabiqəsinin nəticələrini elan edirlər.Qaliblər  may ayından münsiflər tərəfindən seşilmiş olsada Pandemiya qaydalına görə qaliblərin təltif olunması yubadılmışdır.Yaranmış karantin rejiminə görə qaliblərin elan olunması yubadıldığını müsabiqə iştirakşılarının nəzərinə çatdırırıq.Qaliblərə mükafatları fərdi qaydada təqdim olunacaq.

– «Mənim diyarım». İştirakçılar Fərqanə Qasımlı, Zamin Cəfərov, İlham Mustafayev, Mustafa Səfərov və Araz Adiloğlu. QALİB İlham Mustafayev

– «Mənim şəhərim». İştirakçılar Əfsanə Rəsulova, Fidan Nazimqızı, Etibar Cəfərov, Nurlan Tahirli və Murad Orucov. QALİB Etibar Cəfərov

– «Adətlər və ənənələr». İştirakçılar Arzu Mürvətova, Fərqanə Qasımlı, Nurlan Tahirli, Etibar Cəfərov və Rüstəm Hüseynov. QALİB Fərqanə Qasımlı

«Azərbaycan təbiəti». İştirakçılar Məhsəti Hüseynova, Mahir Rüstəmli, Azərçin Muradov, İlqar Əzimov və Zamin Cəfərov. QALİB Mahir Rüstəmli

«Dəniz». İştirakçılar Elman Hüseynov, Coşğun Süleymanov, Araz Adiloğlu, Rüstəm Hüseynov və Xalid Kərimov. QALİB Araz Adiloğlu

«Dağlar».  İştirakçılar Azərçin Muradov, Zamin Cəfərov, Əsəd Səfərov, Togrul Cəfərov və Araz Adiloğlu. QALİB Zamin Cəfərov

«Yuxarıdan görünüş».  İştirakçı Xalid Kərimov. QALİB yoxdur

Hər nominasiya üzrə müəyyən edilən qalibə 300 AZN məbləğində mükafat veriləcək. Müsabiqədə hər nominasiyada  ilk beşlikdə yer tutumuş fotolar «IRS» və «Azerbaijan Airlines» jurnallarında, həmçinin «IRS Publishing House» nəşriyyat evinin «Irs-Heritage-Наследие» seriyası üzrə çap edilən kitablarında dərc olunacaq. Hər bir cap məhsulundan müəlliflərə iki nüsxə hədiyyə olunacaq.

Münsiflər heyətinin rəhbəri Rusiya Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının vitse-prezidenti Sergey Kivrindir. Münsiflər heyətinin üzvləri – Musa Mərcanlı («IRS» və «Azerbaijan Airlines» jurnallarının baş redaktoru), Andrey Vasilyev (Dubaydakı “IRS Publishing House” nəşriyyatının şef-redaktoru), Yelena Çirikova (“Azerbaijan Airlines” jurnalının dizayn-direktoru).

 

Müsabiqədə qalib gəlmiş fotoların əslin fotoqraflardan photo.contest.irs@gmail.com  email   ünvanında gözləyirik.

 

Leave a Reply