Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaşı 18-23 olan gəncləri “Yaradıcılıq emalatxanası – 4” virtual düşərgəsində iştirak etməyə dəvət edir.

Virtual düşərgə foto, teatr (aktyorluq), kino, telejurnalistika, sosial media, kulinariya və robototexnika sahələrini əhatə edir. Virtual düşərgədə gənclər seçdikləri sahə üzrə mütəxəssislərlə ünsiyyətdə olacaq, nəzəri və praktiki məşğələlərdə və yaradıcılıq müsabiqələrində iştirak edəcək, gündəlik “ev tapşırıqları”nı icra edəcəklər.

Keçirilmə yeri: Zoom platforması

Keçirilmə vaxtı: 7-12 sentyabr 2020-ci il

Qeyd: Virtual düşərdə iştirak üçün https://docs.google.com/forms/d/e/1FAIpQLSdOmSqalO_iWRrc2XCxrX97gDEYgiuX5tIA5h_FN6tCKqtOng/viewform?usp=sf_link linki vasitəsilə anket forması doldurularaq 1 sentyabr 2020-ci il tarixədək emalatxana2020@gmail.com elektron ünvanına göndərilməlidir. İştirakçılar Zoom platformasında onlayn müsahibə əsasında seçiləcəkdir.

Leave a Reply