Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatlarının Forumu aprel ayı ücün “Makro” foto müsabiqə elan edir. “Makro” sözü Yunan dilindən tərcümədə “böyük” və ya “uzun” deməkdir. Fotoqrafiyada makro fotoqrafiyanın xüsusi və fərqli bir yeri vardır. Belə ki, Makro fotoqrafiya, bizim bəzən nəzərdən qaçırmış olduğumuz kiçik detalların böyük bucaqlı dünyasıdır. Çəkiliş zamanı bizi daha da həyəcanlandıran makro fotoqrafiya diqqətlə baxmadığımız və ya çəkilsə belə olduğu kimi görə bilmədiyimiz obyektlərin gizləndiyi dünyanı aşkara çıxarır. Çiçəklər, həşəratlar, ətrafımızdakı əşyalar, insanlar, bir sözlə, gördüyümüz hər bir şey makro fotoqrafiyası üçün əla fürsətdir. Və bu çəkdiyimiz makro fotolar bizi kiçik detalların böyük dünyasına aparar.

Müsabiqəyə fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 30 aprel tarixinə kimi təqdim olunmalıdır, onlar münsiflər heyətinə təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), elan olunmuş Aprel ayında çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda AFB Ayliq Musabiqe qrupunda yerləşdiriləcək.

Mövzunun müəllifi və kordinatoru Günel Məmmədovadır.

1Ilkin Səlifov Elbey Mustafabəyli Ilkin Səlifov Rustam Maharramov

Mukafatlandirma

Azərbaycan Fotoqraflar Birliyinin Azərbaycan Milli Qeyri-HökumətTəşkilatlarıFormunun mənzil qərargahında təşkil etdiyi ənənəvi “Açıq Qapı” günü toplantısı 1 May 2016-cı il tarixində 13:00-da açıq elan edildi. Toplantını AFB idarə heyətinin sədri Mirnaib Həsənoğlu açdı. Nəzərinizə çatdıraq ki, bu ay üçün elan olunmuş mövzu “Makro Fotoqrafiya” adlı müsabiqə idi. Müsabiqənin mövzu müəllifi və kordinatoru isə Günel Məmmədova idi. Müsabiqənin kuratoru kimi çıxış edən Fərqanə Qasımlı sözü Günel Məmmədovaya verdi. Qeyd edək ki, ümumilikdə müsabiqəyə 24 nəfər həvəskar və peşəkar fotoqraf 90 foto ilə qatılmışdır. Onlardan 3 nəfərin 13 fotosu müsabiqə şərtlərinə zidd olduğu üçün qəbul edilməmişdir. Şərtlərə görə fotolar son 1 il ərzində çəkilməli idi. Bu səbəbdən də müsabiqəyə cəmi 21 fotoqrafdan 77 foto qəbul edildi. Fotolar açıq səs vermə yolu ilə seçildi. Belə ki, açıq səs çoxluğu ilə “Makro Fotoqrafiya” aylıq müsabiqəsinin qalibləri Rüstəm Məhərrəmov Rustam Maharramov, İlkin Səlifov İlkin IlIlkin Salifov və Elbey Mustafabəyli Elbey Musto oldu. Ümumi iştirakçılar tərəfindən müzakirə edilərək seçilən fotoların müəllifləri diplom və hədiyyə təqdim olundu. Müsabiqənin kordinatorluğuna görə Günel Məmmədovaya sertifikat təqdim olundu.İlin fotoqrafı tədbirində “Gümüş Arqust” nominasiyası üzrə mükafat alan Maya Baghirova Azərbaycan Fotoqrafları Birliyinə üzv seçilərək vəsiqə təqdim olundu

13076656_1061960547213731_4018344005844447420_n 13076744_1061960173880435_62107309695877367_n 13076771_1061959913880461_3903263454427750302_n 13076896_1061960033880449_7763498050093972717_n 13083349_1061959660547153_323213539647578790_n 13087457_1061960203880432_2706402243656053873_n 13094181_1061960373880415_6151852462717101867_n 13094331_1061959333880519_3350125623416419913_n 13100715_1061960420547077_2753799092398173531_n 13119027_1061959320547187_4504104323940517492_n 13124427_1061959413880511_3552431403007726467_n 13124598_1061959873880465_8732264852671960750_n 13124719_1061959523880500_8944748428657251844_n 13124799_1061960503880402_1743109901190847777_n 13133309_1061959503880502_3691379027707919636_n 13138729_1061959467213839_4622590763554777908_n 13138894_1061959543880498_5637658695849982189_n 13138894_1061960183880434_8794004855521654437_n 13151754_1061959667213819_888109107759494983_n 13151950_1061960423880410_4166543033557569035_n

Leave a Reply