Azərbaycan Fotoqraflar Birliyinin Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosasiyasında təşkil etdiyi ənənəvi “Açıq Qapı” günü toplantısı 29 May 2016-cı il tarixində açıq elan edildi. Toplantını AFB idarə heyətinin sədri Mirnaib Həsənoğlu açdı. Sonra “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyin sədri Nərminə xanım Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “Azərbaycan” fotomüsabiqəsi haqqında ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi haqqında məlumat verib.AFB adından Rauf Umud Zirə Mədəniyyət Mərkəzi Eko Parkın müdriyyətinə olan Təşəkkürnaməni Siyavuş Əlizadəyə təqdim etmiş və Siyavuş Əlizadəyə muzeyi üçün Şərq Əməkdaşlığı Ölkələrinin “Ailə Albomu” foto kitabı hədiyyə olundu.
May ayı üçün elan olunmuş müsabiqənin mövzu müəllifi Rauf Umud, kordinatoru isə Maya Bağırova idi. Müsabiqənin kuratoru Fərqanə Qasımlı sözü Maya Bağırovaya verdi. Qeyd edək ki, ümumilikdə müsabiqəyə 20 nəfər həvəskar və peşəkar fotoqraf 61 foto ilə qatılmışdır. Onlardan 3 müəllifin 4 fotosu müsabiqə şərtlərinə zidd olduğu üçün qəbul edilməmişdir. Bu səbəbdən də müsabiqəyə cəmi 17 fotoqrafdan 57 foto qəbul edildi. Fotolar səs vermə yolu ilə seçildi. Belə ki, səs çoxluğu ilə “Bu bizik” aylıq müsabiqəsinin qalibləri Fərqanə Qasımlı, İlkin Səlifov və Məhəmməd Türkmən oldu. İştirakçılar tərəfindən müzakirə edilərək seçilən fotoların müəllifləri diplom və qiymətli hədiyyələrlə təltif olundu. Müsabiqənin kordinatorluğuna görə Maya Bağırovaya sertifikat təqdim olundu. Təqdimatdan sonra göstərdiyi yaradıcı işlər və aktiv fəaliyyətlərinə görə Günel Məmmədova və Arzu Mürvətova AFB-yə üzv qəbul olundu və üzvlük kartı hədiyyə olaraq təqdim olundu.
İyun ayı üçün aylıq müsabiqənin yeni mövzusunun müəllifi Günel Məmmədova “Sirrli Siluet” fotomüsabiqəsini elan etdi. Müsabiqənin mövzu müəllifi Günel Məmmədova, kordinatoru isə Süleyman Süleymanlıdır.
Azərbaycan Fotoqrafları Birliyinin 21 May tarixində İsmayılı rayonuna təşkil etdiyi yaradıcılıq fotogəzintisi haqqında təəssüratlarını yağlı boya ilə kətana köçürmüş Vüsalə Yunusova çəkdiyi rəsm işini AFB-nin sədri Mirnaib Həsənoğluna təqdim etdi.
Sonda bütün fotoqraflar çay süfrəsi ətrafında yığışaraq yaradıcılıq planları haqda müzakirələr etdiler.

 

Leave a Reply