1 mart 2020-ci il tarixində saat 15:00-da Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi “Açıq Qapı” günü keçiriləcək. Tədbirə həvəskar, peşəkar və fotoqrafiya sənətini sevən hər kəsi dəvət edirik.

Tədbirdə fevral ayı üçün elan olunmuş “Keçmişdən boylanan Bakı” adlı fotomüsabiqənin qalibləri seçiləcək. Müsabiqənin qalibləri “Açıq Qapı” günü tədbir iştirakçıları tərəfindən gizli səsvermə yolu ilə seçiləcək.

Həmçinin Nanoartist Nərgiz Əsgərova – “Görünməz nano həyat” adlı tədqimat edəcək.

Tədbirin sonunda mart ayı üçün aylıq fotomüsabiqənin mövzusu elan olunacaq.

Ünvan: Azərbaycan Milli QHT Forumunun ofisi, Aqrar Tədqiqatlar Mərkəzinin binası II mərtəbəNəsimi rayonu, Nizami küçəsi 154 (köhnə 92), Landmark hotelin yanı.

Tədbiri Azərbaycan Fotoqrafları Birliyi təşkil edir.Əlaqə tel.: +99470 212 47 19

Leave a Reply