29 fevral 2020-ci il tarixində YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Fotoqrafları Birliyinin “İlin fotoqrafı 2019” tədbiri keçiriləcək.

Tədbirdə Fotoqrafiya sənətində son illərdə xidmətləri olmuş fotoqraflar AFB adından təsis olunmuş mükafatlarla təltif olunacaqlar. Eləcə də fotoqrafiya sənətinin tərəqqisi və inkişafı naminə, Azərbaycan Fotoqrafları Birliyinə verdikləri dəstəyə görə, fotoqrafiya sənətinin təbliğində, tədrisində və araşdırılmasında xitmətləri olmuş dövlət qurumlarına və qalereyalara xatirə diplomları təqdim ediləcək

Peşəkar və həvəskar fotoqrafları, eləcə də fotoqrafiya sənətini sevənləri 29 fevral 2020-ci il saat 18:00-da “İlin fotoqrafı 2019” tədbirinə dəvət edirik!

Tədbir Art Faktor Agentliyinin tərəfdaş dəstəyi ilə təşkil olunur.

Tədbirə giriş sərbəstdir.

Ünvan: YARAT Müasir İncəsənət Mərkəzi. Bayıl, Dövlət Bayraq Meydanının yaxınlığı.

Leave a Reply