Hər birinizi “Qış möcüzələri” adlı fotomarafonunda iştirak etməyə dəvət edirik. Fotomarafonda iştirak etmək istəyən 14-29 yaşlı gənclər yaşadığları rayon üzrə Gənclər və İdman idarəsinə müraciət edə bilərlər.
Müraciətlər 17 dekabr 2019-cu il saat 12.00-dək qəbul olunur. Hər birinizi fəal olmağa dəvət edirik. “Qış möcüzələri” adlı fotomarafonun şərtləri ilə tanış olun:
1. Fotomarafon gənclər arasında foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviq edilməsi məqsədilə həyata keçirilir.

2. Fotomarafonda yaşı 14-29 olan həm professional, həm də həvəskar gənc fotoqraflar iştirak edə bilər.

3. Fotomarafona yalnız mobil telefonla çəkilən fotolar qəbul edilir.

4. Fotomarafon aşağıdakı mövzuları əhatə edir:
• Mənzərə
• Memarlıq
• Portret
• Atributlar
• Mətbəx
• Yeni il nəfəsi

5. Mövzular püşkatma üsulu ilə seçiləcək.

6. Hər iştirakçı yalnız püşkatma zamanı seçilən mövzuda və yalnız bir foto təqdim edə bilər.

7. Fotomarafon qaliblərinin seçimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin münsiflər heyəti tərəfindən həyata keçirilir.

Leave a Reply