Dekabr ayının 10-da, saat 19: 00-da Leyla Xəzəri sənət qalereyasında məşhur jurnalist İradə Əsədovanın “Stokholm röyaları” adlı fotosərgisi keçiriləcək. İradə Əsədova ölkənin mədəni həyatının işıqlandırılmasına böyük töhfəsi olan və bir sıra mükafatlara layiq görülmüş peşəkar mədəniyyət tənqidçisidir. Sərginin təşkilatçılar İsveçin Azərbaycandakı səfirliyi və Leyla Xazarinin sənət qalereyası, kuratoru Rüstəm Hüseynovdur.

İradənin Stokholmu – hər kəsin ürəyincə bir künc tapa biləcəyi isti, rahat və müasir şəhərdir. Sərginin ekspozisiyasını soyuq və isti tonların ziddiyyəti, parlaq detallar və təmkinli fon, soyuq memarlıq formaları ətrafındakı qaynar həyatın əksi təşkil edir. İradə Əsədovanın fotoobyektivində Stokholm qışı hər bir qonağın urəyindəki buzu əritməyə qadir inanılmaz çəkici şəhər kimi alınıb. Onun “Stokholm röyaları” adlı fotosərgisində İsveç paytaxtının spesifik özəlliyini əks etdirən bir sıra silsilə şəkilləri nümayiş olunacaq.

Leave a Reply