Dünya nə kədərli olardı,
Dəniz olmasaydı.
Dəniz düşündürür məni.
Dəniz inandırır məni,
Həyatın gücünə.
Rəsul Rza
Xəzərsiz Bakını təsəvvür etmək mümkün deyil. Sahili yalayan ləpələr… Saatlarla balıq ovunu gözləyən balıqçılar, qızılı qumda dincələn insanlar, Abşeron bağlarının özəllikləri, neftə qarışan mavi sular, dənizdəki buruqlar hər biri bir nağıl söyləyirmiş kimidir.
Müsabiqəyə təqdim olunacaq fotoların uzun tərəfi 1500 px olmaq şərtilə, JPEG formatında afb2019ayligmusabige@gmail.com ünvanına göndərilməlidir. Hər bir fotoqraf müsabiqəyə 5 foto təqdim edə bilər. Fotolar 30 dekabr tarixinə kimi qəbul olunur. Hər bir müəllif özü haqqında məlumatı (ad, soyad, fotonun adı) təqdim etməlidir.
Müsabiqəyə marağın daha çox olduğunu nəzərə alaraq aylıq müsabiqələrdə ilk dəfə olaraq Mobiloqrafiyaya bölməsi üzrə mobil telefon ilə çəkilmiş fotolar da qəbul olunacaq. Göndərilən fotolar Mobiloqrafiya kateqoriyası aid olunması qeyd edilməlidir. Mobil telefon ilə çəkilmiş fotolar Mobiloqrafiya bölməsində qiymət veriləcək və qaliblər ayrıca elan olunacaq.
Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş fotolar qəbul olunur. Fotolarda əks olunmuş insanların razılığı fotoqrafın üzərinə düşür.
Müəllif hüquqları qorunmaq şərti ilə fotoların yalnız təbliği məqsədi ilə istifadə edilməsi müəllif ilə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq.
Fotolar Facebookda sosial şəbəkəsində “AFB Ayliq Musabiqe” qrupunda paylaşılacaq. Dekabr ayı üçün nəzərdə tutulmuş foto müsabiqənin mövzu müəllifi Rauf Umud, koordinatoru isə Mirnaib Həsənoğludur.

Leave a Reply