Məlum səbəblərdən, mart ayından etibarən bütün dünya əhalisinə evdə, karantində qalmaq məsləhət görülür. Bu bizim və ailəmizin sağlamlığı üçün mütləqdir. Qloballaşan dünyamızda bir sıra mədəni tədbirlər virtual formatda keçirilir. Bu isə öz növbəsində insanların evdə asudə vaxtının daha maraqlı keçirməsinə kömək edir.
Nərgiz Əsgərova sizləri 20 aprel, 2020-ci il saat 18:00-da “EVDƏ BİO-AİLƏM”adlı nanoart, virtual sərgisini izləməyə dəvət edir.

Nərgiz Əsgərovanın “EVDƏ BİO-AİLƏM” virtual fərdi sərgisinin əsas məqsədi incəsənətin vizual növü olan Nano Art vasitəsilə evlərimizdə birlikdə yaşadığımız, hər gün görüb toxunduğumuz bio-ailəmin möcüzəvi, rəngarəng nano görüntülərini geniş ictimaiyyətə nümayiş etməkdir. Nano- əsərlərın silsilə şəklində, müəyyən ardıcıllıqla paylaşılması nəzərdə tutulur.
Bio-ailəmə – evimizin sevimli bitkiləri, meyvə, tərəvəz və digər maddələrin nano görüntüləri aid edilmişdir. Üstünlük- ailəmizin bir üzvünə çevrilmiş ev bitkilərinin xarici gözəlyilə yanaşı gözlə görünməzı qeyri-adi, sehirli nano həyatının olduğunu tamaşaçıya çatdırmaqdır.
Nanoartist Nərgiz “YARADAN hər bir zərrəni mükəmməl, sistemli, qeyri-adi yaratdi” ismarıcını insanlara çatdırmaq istəyir. Rəssam, ümumi yaradıcılığını “Həyatda heç nə adi deyil” prinsipi əsasında qurmuşdur.

Təqdim olunacaq nano təsvirlər – AmScope MD200 elektron mikroskopu vasitəsi ilə çəkilmişdir.
Qeyd 1: Nano təsvirlərə əlavə redaktə işləmləri edilməmişdir.
Ən əsası, əsərlər öz təbii rəngində təqdim olunacaq.
Qeyd 2: EVDƏ BİO-AİLƏM adlı virtual sərgisinin əsərləri qeyd olunan tarixdə tədbirin əsas səhifəsində həmçinin, (N.ARTİST) facebook rəsmi səhifəsində, (@nartist__) instagram hesabında təqdim olunacaq.

https://www.facebook.com/nanoartistnargizasgerova

https://www.instagram.com/nartist__

Qeyd 3. Virtual sərgi eksperimental xarakter daşıyır.

Leave a Reply