Bu il Ukraynanın paytaxtı Kiyev şəhərində 27 mart – 1 aprel tarixlərində keçirilən “ГаШоТю” V Beynəlxalq Komediya Sənəti Festivalında Azərbaycanı Arzu Mürvətova təmsil edir. Festival dörd – ən yaxşı qısametrajlı komediya filmi, komedik pyes, məzəli hekayə və məzəli foto nominasiyaları üzrə keçirilir. “Məzəli foto” nominasiya üzrə “Gizli xəbərdarlıq” adlı foto ilə finala vəsiqə alan Arzu, artıq ikinci ildir ki, festivalda iştirak edir. Qeyd edək ki, həmyerlimiz 2018-ci ildə festivala fəxri qonaq qismində dəvət alaraq, “Yeni nağıl ətrafında müzakirə” adlı foto ilə III yerə layiq görülmüşdür.

Leave a Reply