18 mart 2019-cu il tarixində “FotoMən 2” layihəsinin bağlanış mərasimi keçirilib. Layihə ASAN Könüllülük Məktəbi, Gilan Holding “Real Estate Management” və Azərbaycan Fotoqraflar Birliyinin təşkilati, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və ASAN Radionun media dəstəyi ilə həyata keçiriləcək. Peşəkar fotoqraflar tərəfindən keçirilən təlimlərin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə maarifləndirilməsidir. Müsahibə yolu ilə seçilmiş 40 iştirakçı görüşlərdə iştirakla yanaşı, studio çəkilişlərində iştirak edib, qrup işləri və ev tapşırıqlarını yerinə yetirib. Layihənin sonunda iştirakçıların çəkdiyi şəkillərdən ibarət foto sərgisi təşkil olunub. Qeyd edək ki, təlimlər peşəkar fotoqraflar Fərhad Əli, Raj Steven, Rüstəm Məhərrəmov, İsmayıl Rzayev, Vüqar İbadov, Bahadur Cəfərov, Rəşad İsgəndəroğlu, Vahid Həsənov, Roma Gray, Pərviz Əliyev, Xalid Hüseyn, Səfiyar Məcnun, Vahid Həsənov və Eko Ağalarovun təlimçi qismində iştirakı ilə keçirilib.

Leave a Reply