5 fevral 2019-cu il tarixində ASAN Könüllülük Məktəbi, Gilan Holding və Azərbaycan Fotoqraflar Birliyinin təşkilati, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və ASAN Radionun media dəstəyi ilə həyata keçirilən  “FotoMən 2” layihəsinin açılış mərasimi keçirilib.

Layihə çərçivəsində peşəkar fotoqraflar tərəfindən keçiriləcək təlimlərin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə maarifləndirilməsidir.

Layihədə müsahibə yolu ilə seçilmiş 40 iştirakçı görüşlərdə iştirakla yanaşı, studio çəkilişlərində iştirak edəcək, qrup işlərini və fərdi tapşırıqları yerinə yetirəcəklər.

Layihənin sonunda iştirakçıların çəkdiyi şəkillərdən ibarət foto sərgisi təşkil olunacaq.

Leave a Reply