Ukraynanın Kiyev şəhərində keçirilən “ГаШоТю” IV Beynəlxalq Komediya Sənəti Festivalının qalibi Arzu Mürvətovanın 14 fevral tarixində “Любовь повсюду, любовь везде” adlı ilk fərdi sərgisi keçiriləcək. Qeyd edək ki, 2018-ci ildə festivala fəxri qonaq qismində dəvət alaraq “Məzəli foto” nominasiyası üzrə III yerə layiq görülüb.

Arzu Mürvətova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantura pilləsində təhsil alır. 2008-ci ildən fotoqrafiya sənəti ilə həvəskar olaraq məşğul olur və bir çox beynəlxalq, yerli müsabiqələrin iştirakçısı və qalibidir. 2016-cı ildə “İslam dünyası paytaxtı Konya” layihəsi çərçivəsində 30 islam ölkələri fotoqraflarının görüşündə, 2017-ci ildə Azərbaycan Fotoqraflar Birliyi və Gürcüstan Fotoqrafları Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycan Fotoqrafiyası günləri”ndə ölkəmizi layiqincə təmsil edib.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Fotoqraflar Birliyində qəbul üzrə koordinator və afb_photograper.az rəsmi instagram səhifəsinin admin vəzifəsini icra edir.

Leave a Reply