Aprelin 28-də Azərbaycan Qran Prisi çərçivəsində Bakı Şəhər Halqasında Formula 1 və Formula 2 üzrə sərbəst yürüşlər və sıralanma turniri keçirilib.

“Red Bull Racing”in pilotu Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşündə birinci olub.
“Preme Racing” komandasının pilotu Oliver Berman Bakıda Formula 2 yarışlarının sıralanma turunun qalibi olub.
“Ferrari” komandasının pilotu Şarl Lekler sıralnama turunun lider kimi tamamlayıb.
Aprelin 30-da Lekler yarışı birinci mövqedən start verəcək.

Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib.
2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.

Fotoqraf: Nadejda Cavad

Leave a Reply