Aprelin 23-də bədii Bədii gimnastika üzrə Dünya Kuboku fərdi hərəkətlərdə və komandalar arasında final mərhələsi keçirilib.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olundu.
Kubok Bolqarıstan gimnastı Stiliana Nikolova və Çinin qrup hərəkətləri komandasının üzvlərinə verilib.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Dərya Sorokinadan ibarət üç lent və iki topla qrup hərəkətlərində Azərbaycan milli komandası bürünc medal qazanıb.

Yarışın qalibi İsrail komandası olub, Çin gimnastları turniri ikinci pillədə başa vurublar.

Fotoqraf: Nadejda Cavad

Leave a Reply