Bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirildi.
Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edtilər.
Gənc bədii gimnastlarla yanaşı, böyükyaşlı bədii gimnastlar da çıxış etdilər.
Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edir.
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyən olunur.
Azərbaycanda gənclər arasında AGF Junior Trophy Beynəlxalq turniri ilk dəfə 2018-ci ildə, daha sonra isə 2019-cu ildə keçirilib.
Fotoqraf: Nadejda Cavad

Leave a Reply