Milli Gimnastika Arenasında 14-16 aprel tarixlərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə 3-cü AGF Trophy adlı beynəlxalq turnirə keçirildi. 14 ölkədən 119 gimnastın iştirak etdiyi yarışda gənc, eləcə də böyükyaşlı gimnastlar qoşuldular. Turnirdə Azərbaycanı 20-si fərdi, 18-i qrup hərəkətləri üzrə ümumilikdə 38 gimnast təmsil etdi.
Keçirilən bu yarış böyükyaşlı gimnastlar üçün həm də daha sonra 21-23 aprel tarixlərində baş tutacaq bədii gimnastika üzrə Dünya kubokuna sınaq xarakteri daşıyır.

Bədii gimnastika üzrə ölkəmizdə keçirilən ilin ilk beynəlxalq yarışını Azərbaycan komandasından gənclər və böyüklər yaş kateqoriyasında fərdi və qrup hərəkətləri üzrə proqramlarda 7 qızıl, 7 gümüş medalı ilə alaraq bitirdilər.

Fotolar: Nurlan Tahirli

Leave a Reply