Asim Talıbın (26.10.1948 – 17.03.2023) anım günü ilə əlaqədar fotosərgi  təşkil olunur. Sərgidə nümayiş olunan fotolar müəllif çapıdır. Sərgidə onun müəyyən dövrlərdə çəkdiyi fotolardan bir qismi sərgilənəcək. Asim Talıbın fotolarının özünə məxsusluğu ilə yanaşı, fotolarında daima həyat sevgisi ilə seçilir. Çəkdiyi fotoların bir hissəsi Qarabağ münaqişəsi başlayanda, itirilmiş rayonlarımızın Tarix diyarşünaslıq  muzeylərində məhv olmuşdur. Meydan hərəkatı və 20 yanvar hadisələri ilə bağlı fotolarının talehi bu günə kimidə qaranlıq qalmışdır. O zamankı İstintaq komitəsinə təqdim etdiyi neqativlərinin aqibəti bu günə kimi də xəbər olmayıb. Daima bu fotoları haqqında təəssüf hissi ilə xatırlasada , öz yaradıcılığında və Azərbaycan Fotoqrafiya sənətinin inkişafında Asim Talıb dəsti xətti seçilmişdir. Foto sərgidə bir daha təkrarlanmayacaq Asim Talıb yaradıcılığı nümayiş olunacaq.

Fotosərgi Qız Qalası qalereyasının dəstəyi ilə həyata keçirilir.

Sərginin təşkilatçısı Azərbaycan Fotoqrafları Birliyidir.

Foto sərgi 13 mart saat 19_00-da Qüllə küçəsi 6. Qız Qalası Qalereyasında keçiriləcək.

Leave a Reply