Aprelin 27-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü və sıralanma turu təşkil olunub. Maraqlı məqamlarla yadda qalan yarışda “Mercedes” komandasının pilotları Valtteri Bottaş və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. V.Bottaş 1 dəqiqə 40,495, L.Hamilton isə 1 dəqiqə 40,554 saniyəlik nəticə göstəriblər. “Ferrari”nin pilotu Sebastyan Fettel (1 dəqiqə 40,797 saniyə) üçüncü yerdə qərarlaşıb. Sıralama turunun nəticələrinə əsasən, aprelin 28-də keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.

Leave a Reply