Formula 1 Socar Azərbaycan 2019 Qran-Prisinin 2-ci günü öz möhtəşəm sürət həddi və unudulmaz anları ilə yadda qaldı. Bugünkü sıralama turunda baş verən gözlənilməz qəzalar bir çoxlarını məyus etsə də, yarışın həyəcanını daha da artırdı. Belə ki, Robert Kubica və Charles Leclerc trekin 8-ci döngəsində idarəetməni itirmiş və hər ikisi də müxtəlif zaman fasilələrində eyni divara çırpılmışdır. Xoşbəxtlikdən, hər iki pilot da heç bir zərbə almadan qəzadan sağ-salamat xilas olmuşdur. Beləliklə, Formula 1 Azərbaycan 2019 Qran-Prisinin 2-ci günündə sıralama turunu Valteri Bottas (Mercedes) birinciliklə tamamlamışdır.

__________________________ 28.04.19 __________________________

Nəhayət ki, hər kəsin gözlədiyi gün başa çatdı. Formula 1 Socar Azərbaycan 2019 Qran-Prisinin 3-cü günü möhtəşəm qalibiyyətlərlə tamamlandı. Belə ki, yarışın 3-cü günündə baş tutan 2019 F2 İkinci yarışının nəticəsinə görə Nicholas Latifi birinciliklə bitirdi. Və möhtəşəm Formula 1 Socar Azərbaycan 2019 Qran-Prisinin qalibi Valtteri Bottas (Mercedes) oldu. İkinci yeri Luis Hamilton (Mercedes), üçüncülüyü isə Sebastian Fettel ( Scuderia Ferrari) əldə etdi. Beləliklə, Formula 1 Socar Azərbaycan 2019 Qran-Prisi yarış zamanı baş verən qəzalar və unudulmaz anları ilə beləcə yadda qaldı.

Leave a Reply