Aprelin 26-da Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinə – SOCAR Azərbaycan Qran-Prisinə start verilib.

Birinci sərbəst yürüş “Williams” komandasının pilotu Corc Rassellin bolidinin drenaj lükünə ilişərək sıradan çıxması ilə əlaqədar ləğv edilib. İkinci sərbəst yürüşdə isə “Ferrari” komandasının pilotları fərqləniblər. Belə ki, Çarls Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. İlk üçlüyü beşqat dünya çempionu Luis Hamilton (“Mercedes”) tamamlayıb.
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan Formula 2 yarışlarında sərbəst yürüş və sıralanma turu keçirilib. Qırx beş dəqiqə davam edən sərbəst yürüş nəticəsində “UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini üstələyərək birinci olub. “Carlin” komandasından Nobuhari Matsuşita sərbəst yürüşü ikinci, “MP Motorsport”un sürücüsü Cordan Kinq isə üçüncü yerdə başa vurublar.

Leave a Reply