Aprelin 27-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb.Əvvəlcə Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan Formula 2-nin birinci yarışı keçirilib. Yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 32 dövrə vurublar. Maraqlı idman mübarizəsinin yekununda “Campos Racing” komandasının pilotu Cek Aitken qalib olub. “ART Grand Prix” komandasının pilotu Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri tutublar.

Leave a Reply