Fotomüsabiqə karantin dövründə yay mövsümünü əhatə etməlidir.Fotolar yayı necə keçirdiklərini,necə istirahət etdiklərini,əyləndiklərini və s. bu kimi mövzuları əhatə etməlidir.7-15 yaş uşaq və yeniyetmələr arasında keçirilir.Təqdim olunmuş fotolar fotomüsabiqə elan olunduğu dövrdə çəkilməlidir.Hər müəllif 3 foto təqdim edə bilər.Fotolar mobil telefonla çəkilməlidir və məhz bu işlər(fotolar) 070 344 77 71 nömrəsinə göndərilməlidir(iştirakçının adı,soyadı və yaş həddi yazılmalıdır).Göndərilən işlər @a_n_uşaq_yeniyetmeler_klubu səhifəsində paylaşılacaq.3 qalib səsvermə yolu ilə,3 qalib isə münsiflər heyəti tərəfindən müəyyən ediləcək.Qalib olan iştirakçılar tutduqları yer üzrə,digər iştirakçılar isə iştirakçı sertifikatı ilə təltif ediləcək.Fotoda əks olunan şəxsin cavabdehliyi foto müəllifinin səlahiyyətinə aiddir.
TƏŞKİLATÇILAR:AN Uşaq Yeniyetmələr Klubu və Azərbaycan Fotoqrafları Birliyidir.

Müsabiqə 1 iyuldan 25 iyula kimi davam edəcək.

Leave a Reply