Ağdam rayonunun Qızıl Kəngərli kəndində Xaçınçay su anbarının ətraf əraziləri minalardan təmizlənir.
Yanvar ayıdan etibarən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina təmizləmə qrupu işğaldan azad olunmuş ərazilərimizdə əməliyyatlara başlayıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Ərazidə rast gəlinən partlamamış hərbi sursatlar və minalar götürülür.

Buradan həmvətənlərimizə səslənirik ki, işğaldan azad olunmuş torpaqlarımıza polis nəzarət postlarınadan yayınıb keçməsinlər. Çünki bu, onların həyatları üçün təhlükəlidir.
Fövqəladə Hallar Nazirliyinin qüvvə vasitələri də işin icrasındadır. Bu işlər qısa zamanda yekunlaşdırıldıqdan sonra həmvətənlərimiz təhlükəsiz şəraitdə öz dədə-baba yurdlarına geri qayıda bilərlər.

Leave a Reply