Bugün hamımız gündəlik həyatımızda və ya müəyyən səyahət zamanı rastlaşdığımız fərqli bir kadrı və ya mənzərəni fotoaparat və ya telefonla qeydə alırıq və müxtəlif medya vasitəsi ilə paylaşırıq. Biz baxırıq ki, Sizin paylaşdığınız fotoların içərisində bizim mövzuya uyğun fotolar çoxdur. Təəssüflər olsun ki, bu şəkillərdən piksel azlığından yararlana bilmirik.
Bizim sizdən xahişimiz sizin çəkdiyiniz fotoların içərisində
milli mədəni abidələrin fotosu;
tarixi fotolar;
gəzməli – görməli yerlərin fotosu;
lokal bir bölgənin və ya müəyyən bir təbiət mənzərəsinin fotosu
özümüzün ərsəyə gətirdiyimiz yemək və ya müəyyən bir yaradıcılıq nümunəsinin fotosu;
milli mətbəx və ya müəyyən bölgənin mətbəx nümunələrinin fotosu;
milli musiqi , milli məişət, qədim ev əşyalarının fotosu;
milli sənət növlərinin və nümunələrinin fotosu
olduqda Xətai Sənət Mərkəzinin xsm-diyar@mail.ru email adresinə göndərməklə bizə bu işdə kömək etmiş olasınız.
Əvvəlcədən təşəkkürümüzü və minnətdarlığımızı bildiririk!
Hörmətlə,
Bakı Xətai Sənət Mərkəzi

Leave a Reply