Bakı Müasir İncəsənət Muzeyi 5 – 21 may, 2017- ci il tarixlərində Azərbaycan Fotoqrafları Birliyinin üzvi, həvəskar fotoqraf və peşəkar rəssam Vüqar Muradovun “Bənzəmə” adlı fərdi rəngkarlıq sərgisi təqdim edir. Sərgidə rəssamın 16 rəngkarlıq əsəri nümayış olunacaqdır.

Azərbaycan xalçaçılıq sənəti ən qədim və fundamental sənət ənənəsi olmaqla bərabər, həm də, özünün əsrlər boyu formalaşmış qaydalar strukturunda dəyişilməyə meylli olmayan konservativ bir ənənəni təşkil edir. V. Muradov bu həssas mövzunun işlənməsində ən uyğun yolu tapa bilmişdir. O, təsvirə heykəltəraşlıq prizmasından yanaşır: hələ Mikelancelonun öz heykəllərinin mərmərin təbii hissələrində artıq mövcud olması və onun bir rəssam kimi bu heykəlləri üzə çıxarmaq üçün sadəcə, bütün artıq olanı yonub götürmək lazım gəldiyini söyləməsi hər kəsə məlumdur.

V.Muradovun “xalça” silsiləsində bu cür gözlənilməz, bəlkə də, müəllifin özünün dərk etmədiyi təsviri kompozisiyanın həllinin iki konseptual yanaşmasının – şərqi-islam və uzaq şərqi-buddist yanaşmalarının sintezi özünü büruzə verir. Bu maraqlı və məhsuldar sintez hər iki vizual-plastik ənənənin Şərq incəsənətinə aid olduğu halda, tam şəkildə müxtəlif dini-fəlsəfi ənənələrə əsaslanan və yekcins olmayan Şərqin müasir incəsənətinə bundan əvvəl təsəvvürə gətirilməyəcək bir stilistik bütövlük bəxş edir. Ayrı sözlə desək, “iki Şərqin” simvolik görüşü baş tutur. (Teymur Daimi, rəssam, fəlsəfə doktoru)Sərginin açılış günü: 5 may, 2017. Saat: 19.00

Giriş dəvətnamə və siyahıilədir (açılışda iştiraketmək üçün tam adınızı inboksa yazın).

Sərginin iş rejimi: 5 – 21 may 2017-ci il, Çərşənbə axşamı – Bazar. Saat:11.00 – 21.00

Bakı Müasir İncəsənət Muzeyi.

Ünvan: Yusif Səfərov küç., 5

Leave a Reply