60 ilə yaxın əmək fəaliyyətini fotojurnalistikaya bağlayan, yüzlərlə tanınmış simalrın, sadə insanların portretlərin əbədiləşdirən, bu vaxtlar ərzində  heç bir hadisəyə biganə qalmayan, 90-cı illərdə Qarabağ döyüşlərini lentə almış, əslində gördüyü işlərin müqabilində həm də sadə , zarafatcıl bir insan kimi  xatirimizdə qalacaq Üzeyir Muradov… kədərli də olsa aramızda yoxdur. Həyatında iki oğul itirmiş ata idi. Amma bu cismən anlamındadır çünkü onun lentə aldığı tarix və tarixi şəxsiyyətlərin fotoları uzunömürlüdür. Respublika nəşrləri olan “Pioner” qəzeti, “Azərbaycan gəncləri”, ömrünün sonuna kimi “Mübariz keşikdə”qəzitində və bir çox jurnallar və kitablarda imzası var.

Leave a Reply