11 Yanvar 2023 cü il Türkiyənin Konya vilayətində, Sille Sanat Sarayı foto birliyinin, bir il öncə qəzada vəfat edən gənc idmançı Ahmet Çalık adına təşkil etdiyi foto müsabiqənin mükafatlandırma tədbiri baş tutdu. Meram Bələdiyəsinin dəstəyi ilə Tantavi Kültür Mərkəzində keçirilən sərgi açılışı və tədbirinin keçirilmə tarixi Konyaspor klubunun gənc futbolçusunun vəfatının ildönümü seçilmişdi. Tədbirdə açılış çıxışını edən Sille Sanat Sarayının sədri Reha Bilir, sadəcə Konyanın deyil, bütün dünyanın sevgisini qazanmış olan Konyasporun dəyərli futbolçusu Ahmet Çalığın doğum günü olan 26 fevral 2022-ci ildə foto müsabiqəsini başlatdıqlarını, bugün isə aramızdan ayrılığının ildönümündə mükafatlandırma tədbirini gerçəkləşdirdiklərini vurğuladı. Jüri arasında da yer alan, Çalığın dayısı Erkan Tarhan onu yaxın tanımasına baxmayaraq, vəfatından sonra onun haqqında ətrafdan aldığı xəbərlərlə bəlkə də yeni yeni tanıdığını ifadə etdi. Daha sonra isə “Konyaspor”un sədri, Meram bələdiyəsi, AK partiya heyətindən çıxış edənlər gənc futbolcu haqda fikirlərini bölüşdülər.

Çıxışların ardından müsabiqədə 10 əsərin səhiblərinə mükafatları təqdim olundu. İdman kateqoriyası üzrə keçirilən yerli müsabiqədə 354 foto iştirak edirdi. Onlardan 10-u mükafat, 25-i isə sərgilənnmə aldı. Tədbirə qatılan, Türkiyədə yaşayan Azərbaycanlı Nurlan Tahirli mükafatlanan fotoqraflardan biri olaraq səhnədə “SSS Mansiyon” təltifini aldı.

Daha sonra protokol heyəti qalib fotolar və onların müəllifləri ilə tanış olaraq, onlara suallar verdi, fotoların qısa hekayələri ilə maraqlandılar.

Müsabiqəyə həsr olunmuş foto sərgi 13 Yanvaradək Konya şəhəri, Tantavi Kültür Mərkəzində ziyarətçilərə açıq olacaq.

Leave a Reply